Ucarda torpaq məcralı kanallar beton üzlüyə alınıb. Bu haqda aprelin 27-də APA məlumat yayıb.
Məqsəd su itkisinin minimuma endirilməsidir.
Torpaqların şoranlaşmasının qarşısını almaq üçün 1500 kilometrə yaxın kollektor-drenaj şəbəkəsindən istifadə edilir.
Qeyd edək ki, bu günə qədər Ucar rayonunun kəndlərində 500 min kubmetrə yaxın həcmdə 188 kilometr uzunluğunda kollektor-dren şəbəkələri və kanallar lildən təmizlənib.