Müharibənin əvvəlindən bəri Ukraynada səfərbərlikdən qaçmağa çalışan ən azı 19 nəfər Rumıniya sərhədindəki Tisa çayında boğulub.
Bu barədə İnsanoid Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən bu gün, 11 yanvar tarixində məlumat verir.
“2022-ci ilin fevral ayından Tisada 19 kişi həlak olub. Ona görə də sizdən sərhədi keçməyin təhlükəsiz olacağını iddia edən fırıldaqçılara inanmamağınızı və özünüzü təhlükəyə atmamağınızı xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
Çərşənbə günü sərhədçilər yarı huşunu itirmiş kişini çaydan çıxarıblar. O, sərhədi keçməkdə kömək üçün 5 min dollar ödədiyini, lakin sərhədi vəd edilən rəsmi keçid məntəqəsindən keçmək əvəzinə, Tisa çayını qaranlıqda keçmək təklifi ilə qarşılaşdığını bildirib.