2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb. Bu barədə İnsanoid bu gün, 31 avqust tarixində Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Universitetlərə qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olaraq təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Bu müddət ərzində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 70.301 nəfər iştirak edib. Onlardan 51.941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olub.
İxtisas qrupları üzrə qəbulun statistikası aşağıdakı cədvəldəki kimidir:
![]()