Türkiyənin Van şəhərində terrorçulara qarşı əməliyyat keçirilib. Bu barədə İnsanoid Türkiyə daxili işlər naziri Əli Yerlikayaya istinadən bu gün, 5 iyun tarixində xəbər verir.
Nazir Yerlikaya terrorçulardan birinin Başkale çölündə sözdə məsul səviyyədə olan "Demhat Şero Welat" kod adlı İlyas Ayaz olduğunu söylədi.
Digər iki terrorçunun və onların iştirak etdikləri fəaliyyətlərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Əməliyyat J-SİHA, ATAK hücum helikopterləri və Hərbi Hava Qüvvələri Komandanlığının dəstəyi ilə Jandarma Xüsusi Hərəkat və Jandarma Komando elementləri tərəfindən həyata keçirilib.
“Bozdoğan-41” adlı əməliyyat zamanı üç terrorçunun zərərsizləşdirildiyi vurğulanıb.
HAİNLERİN NEFESLERİNİ KESECEĞİZ❗️
Van ili Başkale kırsalında Jandarma tarafından Bölücü Terör Örgütüne (BTÖ) yönelik gerçekleştirilen “BOZDOĞAN-41" operasyonunda;
3️⃣ Terörist Etkisiz Hale Getirildi❗️
Teröristlerden biri Başkale kırsalında sözde sorumlu düzeydeki
❌ Demhat Şero… pic.twitter.com/zH0JCmmiwE— Ali Yerlikaya (@AliYerlikaya) June 5, 2024