Venesuela Perunun xarici işlər naziri Xavyer Qonzales Olaçeanın müxalifətçi Edmundo Qonsalesi Bolivar Respublikasının yeni seçilmiş prezidenti elan etməsindən sonra Lima ilə diplomatik əlaqələri kəsib.
Bu barədə İnsanoid Xarici KİV-lərə istinadən bu gün, 31 iyul tarixində xəbər verir.
Venesuelanın xarici işlər naziri İvan Hil Pintonun sözlərinə görə, Venesuela hökuməti 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Peru Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Diplomat bildirib ki, Karakas Venesuela xalqının iradəsini və onun konstitusiyasını tanımayan Perunun xarici işlər nazirinin məsuliyyətsiz bəyanatları səbəbindən bu addımı atmağa məcbur olub.