Məşhur Hollivud aktyoru Vin Dizel cinsi zorakılıqda ittiham olunur. Bu barədə İnsanoid Guardian nəşrinə istinadən bu gün, 22 dekabr tarixində xəbər verir.
“Forsaj” filminin aktyoru keçmiş köməkçisi Asta Yonasson tərəfindən məhkəməyə verilib.
Yonasson iddia edir ki, hadisə 2010-cu ildə “Forsaj” filminin 5-ci hissəsinin film çəkilişləri zamanı baş verib. Həmin vaxt Asta Yonasson Dizelin köməkçisi vəzifəsində çalışıb. İnsident baş verdikdən bir neçə saat sonra isə aktyor köməkçisini vəzifəsindən azad edib.
Asta Yonasson Vin Dizeli və prezidenti bacısı olan “One Race Production” şirkətini məhkəməyə verib. Zərərçəkənin vəkili bildirib ki, hadisəni gizlətməkdə günahkar olan hər kəs məsuliyyətə cəlb olunacaq.