Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb. Bu barədə 10 dekabr tarixində Report məlumat verib.
Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çinartala kəndindən keçən hissəsində baş verib.
Belə ki, "KamAZ" markalı yük avtomobili 1949-cu il təvəllüdlü velosipedçi Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb.
Hadisə ilə bağlı araşdırma aparılır.