Xaçmazda ana və oğul küçədə döyülüblər. Bu barədə Report 6 iyul tarixində xəbər verib.
Rayonun "İzmayılovka" adlanan ərazisində rayon sakinləri: 68 yaşlı Z.Həsrətova və onun oğlu, 39 yaşlı P.Həsrətov mübahisə zəminində tanıdıqları şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.