Xaçmazda fərdi yaşayış evi yanıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 8 noyabr tarixində xəbər verir.
Rayonun Hacıisaoba kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 30 kv.m sahədə və dam örtüyü 45 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.