Xaçmazda kafedə kişi döyülərək ağır xəsarət alıb. Bu barədə APA 15 yanvar tarixində xəbər verib.
Xudat şəhərində yerləşən kafedə Ağayev Renat Çingizoviç və başqaları arasında yaranmış mübahisə zamanı Əliyev Azər Bəxtiyar oğlu döyülərək, ona baş-beyin əzilməsi və açıq kəllə-beyin travması xəsarəti yetirilib.
Fakt üzrə Xaçmaz RPŞ-də araşdırma aparılır.