Xaçmazda qətl hadisəsi baş verib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Noyabrın 2-si saat 11:00 radələrində Xaçmaz rayonunda əvvəllər məhkum olunmuş 36 yaşlı Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hazırda araşdırmalar aparılır.
Əlavə məlumat veriləcək.