Xaçmazda bir neçə gündür davam edən yağıntılar fəsad törədib. Bu barədə APA 13 dekabr tarixində xəbər verib.
Tel kəndində küçələri və həyətləri sel basıb. Güclü yağışlar nəticəsində baş verən selin yaratdığı fəsadlar aradan qaldırılır.
Rayonun Tel kəndində 4 evin həyətyanı sahəsinə, Şimali kəndində isə bir neçə küçəyə yağış suları dolub. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib, hazırda xüsusi texnikalar vasitəsi ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.