Xaçmazda dəmir yolu stansiyasından oğurluq edən iki nəfər saxlanılıb. Bu haqda aprelin 25-də Report məlumat verib.
Hadisə aprelin 24-də saat 17:00 radələrində rayonun Çarxı dəmir yolu stansiyası ərazisində qeydə alınıb. Xanlıqoba kənd sakinləri 17 metr relsi oğurlayaraq traktorun qoşqusunda metal qəbulu məntəqəsinə satmağa aparıblar.
Faktla bağlı araşdırma başlanılıb.