top
Xəstəliyi haqqında heç kimə deməyib - Çimnazın ölümündən danışdılar
15 yanvar 2025, 22:57
- ↺ +

"Xəstəliyi haqqında heç kimə deməyib" - Çimnazın ölümündən danışdılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova yanvarın 15-də dünyasını dəyişib.

Ad günündə dünyasını dəyişən aktrisanın məşhurlaşdığı "Vicdan haqqı" serialında tərəf müqabili olduğu aktyor Elxan Yunis "Unikal"a açıqlamasında bildirdi ki, o da bu barədə məlumatı az öncə çəkiliş zamanı alıb:

"Biz ancaq çəkiliş meydançasında görüşürdük. Bu dəqiqə soruşsanız, heç onun yaşını deyə bilmərəm.
O serialdan sonra mən də, o da ayrı-ayrı yerlərdə çəkilişlərdə olmuşuq, heç bir əlaqəmiz olmayıb. Xəbəri az öncə eşitdim. Rəhmətə gedibsə, çox heyf! Həqiqətən çox pis oldum. Allah rəhmət eləsin!"

Aktyor Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı verilən suala da cavab verib: "Bir dəfə eşitməmişəm o desin ki, xəstəyəm, ağrıyıram və s. Həmin vaxtlar elə bir şey yox idi. Xəstə olsaydı, çəkilişlərə gəlməzdi. Mən xəstə olsaydım, bu barədə tərəf müqabilimə deməzdim axı. Yəqin o da deməzdi".

Aktrisa Sonaxanım Əliyeva isə bildirdi ki, Çimnaz Sultanova ilə yaxın əlaqələri olub: "Daim dostluq münasibətlərimiz olub. Mən onun heç bir xəstəliyi haqqında eşitməmişəm, heç özü də şikayətlənməyib.

Mən inanmaq istəmirəm ki, ona nəsə olub. Çünki o, həmişə həyat eşqi ilə yaşayıb, həyat dolu bir xanım olub.

Sonuncu dəfə bir neçə ay əvvəl əlaqə saxlamışıq. Novxanıda bağ evinə köçmüşdü, mənim də serial çəkilişlərim var. Ona görə başımız biraz qarışıq idi. Bildiyiniz kimi, bu gün həm də onun ad günüdür".

Aktrisa həmçinin qeyd edib ki, Ç.Sultanova dostlarına belə öz yaşını açıqlamayıb: "Heç birimizə deməyib. Bu günə qədər onun şəxsiyyət vəsiqəsini belə görə bilməmişik.

O, oğlunu Almaniyaya göndərmişdi, atası ilə Almaniyada yaşayır. O, oğlu ilə nəfəs alırdı. Ona görə Çimnaz Almaniyaya gedib-gəlirdi".

Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər