Xəzər dənizində Rusiyanın kiçik gəmisi batıb. Bu barədə İnsanoid TASS-a istiandən bu gün, 16 fevral tarixində xəbər verir.
Göyərtəsində iki sərnişin və bir kapitanın olduğu gəmidə iki nəfər itkin düşüb.
Məlumatda bildirilib ki, Xəzər dənizi akvatoriyasında gəmi əlverişsiz hava şəraiti səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüblər. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb.
Bir nəfər qayıqla sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.
Hazırda itkin düşənlərin axtarışı davam edir.