Xızının Altıağac qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 8 fevral tarixində xəbər verir.
36 yaşlı Amid Nağıyevin idarə etdiyi “KamAZ” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.