Xızıda polis əməkdaşı avtomobil qəzasında ağır yaralanıb. Bu barədə İnsanoid bu gün, 8 avqust tarixində Report-a istinadən məlumat verir.
34 yaşlı Məmməd Kərimov iki avtomobilin toqquşması nəticəsində ağır bədən xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılıb. M.Kərimova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Məmməd Kərimov polis əməkdaşıdır.