Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı sursatlar aşkar edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 10 yanvar tarixində məlumat verir.
Polis əməkdaşları 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.