Xudat şəhərində bədbəxt hadisə baş verib. Bu barədə 10 dekabr tarixində Report məlumat verib.
Hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü şəhər sakini Ağalarov İlqar Balaşah oğlu spirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.