İntensiv yağışlar səbəbindən Xaçmaz rayonunun Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 13 dekabr tarixində məlumat verir.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.