“Yalama Aqropark”da baş verən yanğın məhdudlaşdırılıb. Bu barədə Report 16 noyabr tarixində xəbər verib.
"Report"un Şimal bürosunun məlumatına görə, yanğın baş verən ərazidə soyutma işləri görülür. Alovun heyvandarlıq fermasının digər bölmələrinə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı anbara tədarük edilən ot bağlamaları yanıb.
Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.