Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb.
Bu barədə İnsanoid Yaponiya KİV-lərinə istinadən bu gün, 8 yanvar tarixində xəbər verir.
Regional hakimiyyət orqanlarının son məlumatlarına görə, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 323 nəfər isə itkin düşüb.
Ən böyük ziyan ən azı 1370 evin tamamilə və ya qismən dağıldığı İsikava prefekturasında baş verib, yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Bölgədə elektrik, su və yanacaq çatışmazlığı davam edir.
Yaponiya özünümüdafiə qüvvələrinin bölmələri də daxil olmaqla təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir.