Yaponiyada silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 110-a çatıb. Bu barədə 6 yanvar tarixində Report məlumat verib.
Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 2016-cı ildən, ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq 100 nəfəri ötüb.
Bundan əlavə, son məlumatlara görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 222 sakinin axtarışları davam edir.