Yaponiyanın qərbindəki İsikava vilayətində və həmin regionun Noto yarımadası sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 238-ə çatıb. Bu barədə 1 fevral tarixində Report xarici KİV-yə istinadən məlumat verib.
Qeyd olunub ki, təxminən 15 min nəfər hələ də təxliyə bölgəsindədir. 19 nəfərin tapılması istiqamətində işlər davam edir. İşikava qubernatoru Hase Hirose bildirib ki, vilayət yenidən inşa olunacaq.
O, yaranan problemlərə görə əhalidən üzr istəyib.
Xatırladaq ki, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 maqnitudada bir neçə zəlzələ baş verib.