Yardımlıda ərazinin çirkləndirilməsi faktı aşkar olunması səbəbindən bələdiyyə sədri cərimələnib. Bu barədə İnsanoid bu gün, 22 iyul tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Yardımlı şəhərində məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması, ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.
Faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində “su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi” maddəsi ilə protokol tərtib edilib.
[gallery columns="1" link="file" size="full" ids="122871"]