Yardımlı rayonunun Ərsilə kəndi ərazisindəki dərədən silah-sursat tapılıb. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 22 yanvar tarixində xəbər verir.
Şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 300 ədəd patron və 1 ədəd əl qumbarası aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.