Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb. Bu barədə 15 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq üçün əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.