Yasamalda mağaza yanıb, xəsarət alan var. Bu barədə İnsanoid 9 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı mansarda tipli evin 1-ci mərtəbəsində sahəsi 8 m² olan otağın (mağaza kimi fəaliyyət göstərir) içərisində 5 m² sahədə ərzaq malları, 1 ədəd stol və 1 ədəd soyuducu qismən yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.