Bu gün səhər saatlarında Yasamal rayonunda azyaşlı qız tapılıb. Bu barədə İnsanoid sosial şəbəkədə yayılan görüntülərə istinadən bu gün, 31 may tarixində xəbər verir.
Uşağı tapan şəxsin bildirdiyinə görə, qız səhər saat 9-da pijamada, ayaqyalın həyətdə gəzirmiş: “Qonşuların hamısından soruşduq, heç kim tanımadı. Uşaq donurdu, evə gətirib, polisə xəbər verdik. Ayaqlarının altı qapqara idi, bilinirdi ki, çox yol gəlib…”
Yayılan görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, azyaşlının valideynləri tapılıb və o, ailəsinə təhvil verilib.