top
“Yaşarın ölümündən 13 il ötür adına nə küçə var, nə də ev muzeyi, Mədəniyyət Nazirliyi yaylıq götürüb ağladı ki…” – İTTİHAM + FOTO
07 yanvar 2025, 01:30
- +

“Yaşarın ölümündən 13 il ötür adına nə küçə var, nə də ev muzeyi, Mədəniyyət Nazirliyi yaylıq götürüb ağladı ki…” – İTTİHAM + FOTO

“Yaşar dünyasını dəyişdiyi bir il idi zəng etdilər ki, yaşadığı binanın önündə memorial lövhə qoyulacaq. Söhbət Heydər Əliyev sarayının yaxınlığındakı evdən gedir ki, Yaşar orada 17 il yaşayıb. Gediş-gəlişli yol olduğu üçün orada lövhənin olması yaxşı olardı. Dedilər ki, gözləyin, sizə deyəcəyik. 12 ildir gözləyirəm. Daha sonra küçə adı ilə maraqlandım. Mənə dedilər ki, Yaşar Nurinin adının veriləcəyi küçəni hələ tapmamışıq, tapanda sizə deyərik. Bütün bu hadisələrin üstündən 12 il ötür”.

Bunu Medianews.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Yaşar Nurinin ömür-gün yoldaşı Rəhimə Nuriyeva deyib.

[caption id="attachment_213164" align="alignnone" width="815"] Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva[/caption]

O daha sonra əlavə edib: “Sonuncu dəfə mədəniyyət nazirinin qəbuluna gedəndə məni müavinlərindən biri qarşıladı. Heç bilmirəm hansı müavinidir. Bilmək də istəmirəm. Yenə də küçə adını xahiş etdim. Dedi ki, 75 illik yubileyinə yaxın biz bu işləri həll edəcəyik. Dedim ki, şəhərdə küçə adı vermirsinizsə verməyin, Maştağada verin. Çünki o, köklü Maştağalıdır. Əksər sənətkarların ailə üzvləri şəhər mərkəzlərini istəyirlər, mən Maştağaya da razı idim. Amma heç Maştağada da vermədilər. Hətta bu xahişlərlə bağlı nazirliyə müraciət edəndə mənə dedilər ki, Yaşar Nuri sağlığında hər şeylə təmin edilib. Mən bunu bilirəm, dövlətimiz, ölkə başçımız hər zaman sənətkara diqqətlə yanaşıb. Amma söhbət dünyasını dəyişəndən sonra müəyyən qurumların göstərdiyi diqqətdən gedir. Halbuki o qurumların heç birindən bir damcı da diqqət və qayğı görməmişik. Bir insan çıxıb demir ki, bu sizin borcunuz və vəzifənizdir”.

Sənətkarın ömür-gün yoldaşı təxminən üç dəfə Mədəniyyət Nazirliyinə müraciət etdiyini, lakin nazirin qəbuluna düşə bilmədiyini vurğulayıb: “Nazir şəxsən özü qəbul etməyib. Müavinləri qəbul edib. Dəfələrlə elektron müraciət də ünvanlamışam. 13 ildir Yaşar dünyasını dəyişib hələ də adına küçə yoxdur. Amma 2-3 il dünyasını dəyişən sənətkarların adına yaşadıqları və yaxud doğulduqları ünvanda küçə adları var. Bu qanuni olan bir şeydir. Bunu nazirlik aidiyyəti qurumlara təklif edir və onlar da həll edirlər. Küçə adları nə mənə, nə qızlarıma, nə də qohumlarıma lazım deyil. Biz Yaşarı tanıyırıq. Böyüyən və yetişən gənc nəsil var. Heç olmasa o küçədən keçəndə başını qaldırıb sual versin ki, Yaşar Nuri kim olub? Girib internetdə maraqlansın. O vaxt ev muzeyi yaratmağı təklif etdim. Min bəhanə gətirdilər, yaylıq götürüb ağladılar ki, gərək büdcə ayrılsın. Məcbur qalıb uzaqlaşdım”.

R.Nuriyeva küçə adı verilməsi üçün maliyyə vəsaitinə ehtiyac olmadığını diqqətə çatdırıb: “Bunun üçün büdcəyə ehtiyac yoxdur axı. Bir lövhədir, ad və soyad yazılacaq üstünə. Mən o boyda titulları olan sənətkarın həyat yoldaşıyam. Əgər mənə belə münasibət varsa, gör adi, mədəniyyət sahəsində işləyən sıravi sənətçiyə nə qədər zərbələr endirilir. Həyatda hər şeyi pul həll etmir. Gələcək nəsil var. Təbliğat yoxdur. Pis şeyi təbliğ edirlər, amma hamıya lazımlı nələrisə təbliğ edən yoxdur. Bunu da nazirliyə təklif etdim ki, televiziyada ayda bir dəfə nəinki Yaşarın, eləcə də digər sənətkarların oynadığı televiziya tamaşalarının təhlili getsin. Məktəbin yuxarı sinif şagirdlərini və tələbələri yığıb ustad dərsi keçsinlər. “Səni axtarıram” televiziya tamaşası elə böyük dərs vəsaitidir də. Qoy tələbələr araşdırsınlar ki, saf sevgi həyatda necə olur. Yüz dəfə demişəm, bu qulaqdan alıb, o biri qulaqdan veriblər. Başları ancaq göstəriş üçün keçirilən festivallara qarışıb. Göy “qalıçka” qoysunlar ki, biz bu tədbiri də etdik. Ona görə də mənəviyyata qulluq edən insanlar azalıb”.

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 17:35

ADY yay qrafikinə keçir

Bütün Xəbərlər
Dünən, 16:02

Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib

Bütün Xəbərlər
Dünən, 15:40

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Bütün Xəbərlər
Dünən, 15:09

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırılıb

Bütün Xəbərlər
Dünən, 15:06

Almaniyada anomal istilərə görə 26 nəfər suda boğularaq ölüb

Bütün Xəbərlər
Dünən, 12:46

İyunun son günündə 33 dərəcə isti gözlənilir

Bütün Xəbərlər
Dünən, 11:24

Şəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin daha qədim olduğu ortaya çıxıb

Bütün Xəbərlər
Dünən, 11:00

Prezident: "TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"

Bütün Xəbərlər
Dünən, 10:52

Prezident İlham Əliyev: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur"

Bütün Xəbərlər
Dünən, 10:48

Prezident İlham Əliyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Dünən, 10:30

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

Bütün Xəbərlər
Dünən, 10:17

XİN: İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur

Bütün Xəbərlər
Dünən, 09:06

NYT: Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar

Bütün Xəbərlər
26 iyun 2026, 00:45

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Bütün Xəbərlər
26 iyun 2026, 00:01

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bütün Xəbərlər
25 iyun 2026, 22:44

Prezident sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bütün Xəbərlər
25 iyun 2026, 16:53

FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb

Bütün Xəbərlər
25 iyun 2026, 16:35

Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib - SƏRƏNCAM

Bütün Xəbərlər
25 iyun 2026, 16:32

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Bütün Xəbərlər
25 iyun 2026, 16:28

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Bütün Xəbərlər
25 iyun 2026, 16:25

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

Yerli xəbərlər
25 iyun 2026, 16:19

Ötən tədris ilində 958 tələbə yerdəyişmə edib

Bütün Xəbərlər
25 iyun 2026, 15:57

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib

Bütün Xəbərlər
25 iyun 2026, 15:25

Aydın Süleymanlı: "Maqnus Karlsenə qalib gəlmək özümə inamımı daha da artırdı" - FOTO

Oxşar xəbərlər