Yerusəlimin girişindəki avtobus dayanacağına hücum edənlərin HƏMAS ilə əlaqəsinin olduğu bildirilib. Bu barədə İnsanoid İsrail mətubatına istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Şin Bet ümumi təhlükəsizlik xidmətindən verilən məlumata əsasən, həmin şəxslər İsrail həbsxanalarında məhkumluq həyatı yaşayıblar.
Terror aktı nəticəsində 3 nəfər ölüb, azı 8 nəfər yaralanıb.
Yerusəlimdə terror aktı baş verib 10:29
Yerusəlimin girişində atışma olub. Bu barədə İnsanoid yerli Telegram kanallarına istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Qüdsün girişindəki mərkəzi stansiya istiqamətində baş verən atışmada 7 nəfər yaralanıb. İki terrorçu öldürülüb.
Yaralılardan 2 nəfər ağır vəziyyətdə, digərləri müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
[caption id="attachment_139913" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]