Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis İrəvana rəsmi səfər edib. Bu barədə İnsanoid Ermənistan KİV-yə istinadən bu gün, 10 yanvar tarixində xəbər verir.
Yunanıstan XİN başçısının təyyarəsi Zvartnots Hava Limanına enib.
Səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.