Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu yenidən yük maşınları üçün bağlanıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.
Bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb. Bildirilib ki, qar və çovğun səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars yolunun Qudauri-Kobi seksiyasında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilir.