Zaqatala sakini özünü asaraq intihar edib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 fevral tarixində xəbər verir.
Hadisə Zaqatala rayonunun Dardoqqaz kəndində baş verib.
40 yaşlı kənd sakini Ömərxan Makarov yaşadığı evin həyətində olan istifadəsiz mal tövləsində özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Məlumata görə, Ö. Makarovun 2 azyaşlı övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.