Zaqatalada intihar hadisəsi olub. Bu barədə 13 noyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Muğanlı kəndində baş verib.
2007-ci il təvəllüdlü Səfiyyə Natiq qızı Əhmədovanın meyiti yaşadığı ünvanda ailə üzvləri tərəfindən asılı vəziyyətdə aşkar edilib. 16 yaşlı qızın intihar etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.