Zaqatalada 27 yaşlı şəxs intihar edib. Bu barədə 1 fevral tarixində Report məlumat verib.
Hadisə rayonun Yeni Suvagil kəndində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü kənd sakini Nurlan İmran oğlu Beydullayevin meyiti mal tövləsinin çardağından asılı vəziyyətdə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.