Zaqatalada 81 yaşlı qadın intihar edib. Bu barədə 6 dekabr tarixində APA məlumat verib.
Hadisə günorta saatlarında rayonun Danaçı kəndində qeydə alınıb.
1942-ci il təvəllüdlü Danaçı kənd sakini Muminət Kahov qızı Carayevanın meyiti yaşadığı ünvanda ailə üzvləri tərəfindən asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı əsəb xəstəliyindən əziyyət çəkən M. Carayevanın intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.