Zaqatalada 81 yaşlı kişi intihar edib. Bu barədə mayın 4-də Report məlumat yayıb.
Hadisə şəhərin C.Məmmədquluzadə küçəsindəki evlərin birində qeydə alınıb. M.Seyidov yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən özünü öldürməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün daha iki intihar hadisəsi baş verib. Zaqatalada 37 yaşlı kişi, Tovuzda orta yaşlı kişi özünü asaraq həyatına son qoyub.