Zaqatalada kənd sakini Maarif Hacımusa oğlu Aslanova məxsus 6 otaqlı fərdi yaşayış evini ildırım vurub. Daha sonra evdə yanğın başlayıb. Bu barədə 1 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə gecə saat 03:53-də rayonun Yuxarı Tala kəndində baş verib.
Belə ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 182 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 85 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 20 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.