Zaqatalada dağlıq-meşəlik ərazidə yolu azaraq köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə edilib. Bu barədə 25 iyul tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat daxil olub.
Zaqatalaya səyahət üçün gələn yerli turistlər çətin relyefli dağlıq ərazidən təxliyə olunublar.
Onlar tibbi müayinədən keçmək məqsədilə xəstəxanaya aparılıblar.
Bundan əvvəl Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gedən 2 nəfər paytaxt sakininin meşəlik ərazidə azması barədə məlumat vermişdik.