Zaqatalada yol qəzası xəsarətlə nəticələnib. Bu barədə APA 4 yanvar tarixində xəbər verib.
Hadisə Zaqatala - Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Hikmət Davudovun idarə etdiyi Mersedes markalı 77 GR 938 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çarpılıb.
Daha sonra avtomobil daş hasara dəyib.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
[caption id="attachment_157472" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]