Zaqatalada qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.
Noyabrın 24-də saat 09:00 radələrində Zaqatala şəhərində 34 yaşlı Aygün Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.