Zərdab rayonunun Qoşaoba kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 7 iyul tarixində xəbər verir.
Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Əhmədxan Qasımova məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının genişlənməsinə, o cümlədən bitişik yerləşən təsərrüfat obyektinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 12 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və ona bitişik 80 kv.m sahəsi olan təsərrüfat obyekti yanğından mühafizə olunub.