Rusiyalı aktrisa Anastasiya Zavorotnyuk vəfat edib. Bu barədə İnsanoid Rusiya mətbuatına istinadən bu gün, 30 may tarixində xəbər verir.
Bu gecə vəfat edən 53 yaşlı aktrisa uzun müddətdir beyin xərçəngindən əziyyət çəkirdi.
Xatırladaq ki, Anastasiya Zavorotnyuk 2006-cı ildə Rusiyanın Əməkdar artisti adını almışdı. O, "Mənim möhtəşəm dayəm" serialı (2004-2009) ilə populyarlıq qazanmışdı.