Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə gedəcək. Bu barədə İnsanoid xarici KİV-yə istinadən bu gün, 11 dekabr tarixində xəbər verir.
O, dekabrın 12-də Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.
Liderlər arasında Vaşinqtonun Kiyevə dəstəyi müzakirə olunacaq. Onlar, həmçinin müdafiə sahəsində əməkdaşlıq barədə danışacaqlar.
Zelenski və Bayden gələn il üçün müdafiə sahəsində əməkdaşlıq səyləri, o cümlədən silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələri də müzakirə edəcəklər.
Bu, müharibə başlayandan bəri V.Zelenskinin ABŞ-yə üçüncü səfəridir. O, sonuncu dəfə sentyabrda Ağ Evdə olub.