İrəvanın “Zvartnots” hava limanında Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı mərasim keçirilir. Bu barədə İnsanoid Ermənistan KİV-lərinə istinadən bu gün, 31 iyul tarixində məlumat verir.
Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Rusiya sərhədçilərinin ölkəni tərk etməsi ilə əlaqədar sərhədə nəzarət üçün əlavə qüvvələr cəlb edəcəyini açıqlayıb.