İki ədəd velosiped oğurlayan şəxs saxlanılıb. Bu barədə 18 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, oktyabrın 13-nə keçən gecə D.Əliyeva küçəsindəki evlərin birinin girişindən 1 500 manat dəyərində 2 ədəd velosipedin oğurlanması barədə Polis Bölməsinə müraciət daxil olub.
Şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nazim Nurəliyev müəyyən olunaraq saxlanılıb.