Bakıda 14 yaşlı qız evlənmək məqsədilə Masallıya qaçırılıb. Bu barədə 13 sentyabr tarixində APA xəbər verib.
Mirvari Eminova polisə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı - 14 yaşlı qızı M.N-in yaşadıqları evdən naməlum istiqamətdə gedib bir daha geri qayıtmayaraq, itkin düşdüyünü bildirib.
Qız polis əməkdaşları ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.