Azərbaycanlı gənc futbolçu Murad Həmidov Almaniyanın "Elversberq" klubunun U-17 komandası ilə rəsmi müqavilə imzalayıb. Bu barədə İdman.biz məlumat yayıb.
Murad idmana kiçik yaşlarından başlayıb və 14 yaşında Almaniyaya köçərək futbol karyerasını inkişaf etdirməyə qərar verib. Yalnız 1,5 il ərzində ciddi irəliləyiş göstərərək öz yaş kateqoriyasında ən güclülər sırasına düşüb.
"Elversberq"lə bağladığı bu müqavilə Muradın karyerasında əhəmiyyətli mərhələ hesab olunur. Gənc oyunçu burada təcrübə qazanaraq inkişaf etməyi və gələcəkdə Azərbaycan millisində çıxış etməyi qarşısına məqsəd qoyub.
![]()