top
20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır
30 may 2024, 05:33
- +

20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır

"Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu "Azərbaycan dilinin orfoepiya lüğəti" və "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni hazırlayır".  Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 30 may tarixində xəbər verir.

İnstitutun aparıcı elmi işçisi, professor İsmayıl Məmmədli məlumat verib.

O qeyd edib ki, "Azərbaycan dilinin orfoepiya lüğəti" artıq son hazırlıq mərhələsindədir:

"Orfoepiya lüğəti təxminən iyun ayının sonuna qədər hazır olacaq. Çap olunacağı tarixi isə əvvəldən demək çətindir. Amma ilin sonuna qədər bütün proseslərin yekunlaşması gözlənilir".

"Azərbaycan dilinin orfoepiya lüğəti"nin sonuncu dəfə 20 il öncə - 2004-cü ildə çap olunduğunu xatırladan professor budəfəki lüğətin daha zəngin olacağını söyləyib:

"Əvvəlki lüğətdə 18 minə yaxın sözün tələffüzü qeyd olunmuşdu. İndi isə təxmini 30 minə yaxın sözün tələffüzünü hazırlamışıq. Əsasən, ümumişlək sözlər lüğətə daxil edilib. Tam hazır olduqda ictimaiyyətə təqdim ediləcək".

İsmayıl Məmmədli "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndəki söz sayının isə 150 minə çatdırılmasının hədəfləndiyini söyləyib:

"Bilirsiniz ki, orfoqrafiya ilə bağlı bəzi mübahisəli məqamlar olmuşdu. Onları aradan qaldırmağa çalışdıq. Amma bu lüğətin hazır olması vaxt aparacaq. Əslində orfoqrafiya lüğəti beş ildən bir çap olunur. Bu dəfə isə yenidən müzakirəyə təqdim edilə bilər".

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 14:33

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır

Bütün Xəbərlər
Bu gün, 14:31

Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 13:40

Naxçıvanda kadr dəyişiklikləri baş tutub

Bütün Xəbərlər
Bu gün, 11:42

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Bütün Xəbərlər
Bu gün, 11:22

Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcəklər

Bütün Xəbərlər
Bu gün, 09:50

DMX: Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyat qaydalarını pozması halları artıb

Bütün Xəbərlər
Dünən, 17:31

Azərbaycan pasportu ilə bu ölkələrə vizasız gedə bilərsiniz - SİYAHI

Bütün Xəbərlər
Dünən, 16:48

Azərbaycan notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək

Bütün Xəbərlər
Dünən, 16:07

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Bütün Xəbərlər
Dünən, 16:04

Qisas əməliyyatından 4 il ötür

Bütün Xəbərlər
Dünən, 15:59

XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Bütün Xəbərlər
Dünən, 15:01

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bütün Xəbərlər
Dünən, 12:08

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Bütün Xəbərlər
Dünən, 12:08

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 10:48

Bakıda velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişməsində təhlükə: Sərnişinlər və sürücülər risk altındadır

Bütün Xəbərlər
Dünən, 09:33

Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün Xəbərlər
Dünən, 09:31

Əfsanəvi Ceki Çan film çəkilişləri üçün Bakıya gəlib

Bütün Xəbərlər
01 avqust 2026, 15:47

Tailandın Baş naziri rusiyalı bacı-qardaşın dəhşətli qətlindən sonra üzr istədi

Bütün Xəbərlər
01 avqust 2026, 14:32

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
01 avqust 2026, 13:59

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
01 avqust 2026, 12:25

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
01 avqust 2026, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
01 avqust 2026, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
01 avqust 2026, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Oxşar xəbərlər